Artsax abidələrinin dağıdılması ilə bağlı vətəndaş cəmiyyətinin hesabatı

“Azərbaycanın anti-erməni siyasəti, həm də mədəni dəyərlərə qarşıdır” – Ermənistanın vətəndaş cəmiyyətinin bir neçə təşkilatı Azərbaycanın siyasəti nəticəsində erməni mədəni irsinə dəyən ziyan və təhdidlərlə bağlı xüsusi hesabat dərc edib. Sənəd müəllifləri Bakıya qarşı sanksiyaların tətbiqinə çatana qədər mübarizəni davam etdirəcəklərini bildiriblər.
Düşmən ermənilərə aid hər şeyi məhv edir, yer üzündən silir. Erməni kilsələri xüsusi ardıcıllıqla zədələnir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdəki erməni abidələri vandalizmə məruz qalır.
Ermənistanın bir neçə vətəndaş cəmiyyəti təşkilatı tərəfindən Azərbaycanın anti-erməni siyasəti nəticəsində erməni mədəni irsinə dəyən zərər və təhdidlər haqqında dərc olunan hesabatda vandalizm təzahürləri qeydə alınıb.
“Faktlar təzədir, bu da işi asanlaşdırır”,-deyə Transparency International Antikorrupsiya Mərkəzinin hüquqşünası Varduhi Avanesyan deyir. O xatırladır ki, hələ 2021-ci ilin dekabrında Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı mədəniyyət abidələrinin təhqir olunmasından çəkinməyə və günahkarları cəzalandırmağa çağırıb. Bu onu deməyə əsas verir ki, əgər biz ardıcıl olsaq, Azərbaycana qarşı cəza tədbirlərinin həyata keçirilməsinə nail ola biləcəyik.

“Beynəlxalq məhkəmələr, beynəlxalq qərarlar var ki, biz onların vasitəsilə Azərbaycana qarşı şikayət verə bilərik və nəticə əldə etmək üçün həmin rıçaqlardan istifadə edə bilərik”.
Müqəddəs Qazançetsots kilsəsinə dəymiş ziyanla bağlı xatirələr təzədir. Sosial media Şuşinin Kanaç Jam – Müqəddəs Hovhannes kilsəsinin necə təhqir edildiyini göstərdi. Azərbaycan vandalizminin digər halları peyk materialları vasitəsilə işıqlandırılıb.
44 günlük müharibədən sonra işğal olunmuş ərazilərdə 1456 erməni abidəsi, o cümlədən 160 monastır və kilsə, 600-ə yaxın xaçkar qalıb. Hüquqşünas xatırladır ki, tərəflər müvafiq konvensiyaları ratifikasiya ediblər və mədəni irsin qorunması ilə bağlı öhdəliklər götürüblər. Müvafiq olaraq, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl edilməməsi Azərbaycana qarşı cəza tədbirlərinə səbəb ola bilər.
“Əks halda, növbəti mərhələyə keçirik. Qərarı yerinə yetirməsən, pozuntuya yol vermiş olursun və bunun ardınca sanksiyalar tətbiq olunur. Müvafiq məhkəmələrə şikayət etməli və prosesi davam etdirməlik. Bu, sadəcə olaraq təcili tədbir idi, amma bizim “Ermənistan Azərbaycana qarşı” işimiz də var.
Beynəlxalq ictimaiyyət bu və ya digər tarixi mərhələdə vandalizm törədən müxtəlif şəxsləri və dövlətləri cəzalandırmağa çalışıb. Varduhi Avanesyan Yuqoslaviya nümunəsini xatırladır.
“Yuqoslaviyanın hərbi tribunalında müstəntiqin mədəni irsin məhv edilməsi hallarını da araşdırdığı çoxlu hallar var. Beynəlxalq Cinayət Məhkəməsində də onların əmrləri ilə bu əməllərin həyata keçirilməsinə töhfə verən şəxslərə qarşı işlər var”.
Avanesyan əmin edir ki, bütün rıçaqlardan istifadə edəcəklər. Bu gün Azərbaycan YUNESKO mütəxəssislərinin işğal olunmuş ərazilərə daxil olmasını qadağan edir. Həmin abidələr onlara əlçatmazdır, çünki onlardan ardıcıl olaraq erməni izləri silinir.
QHT-lər də müşahidə missiyası üçün imkanlar yaratmaq və erməni abidələrinin vəziyyətini müşahidə etmək üçün səy göstərirlər. Onlar əmin edirlər ki, bütün bağlı qapıları döyürlər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin.







