Başlıcaİctimaiyyət

Ermənistan vətəndaşlığı üçün neçə Rusiya vətəndaşı müraciət edib?

2022-ci il aprelin 1-dən 2023-cü il martın 31-nə qədər Rusiyadan Ermənistana 1 milyon 306 min 850 nəfər gəlib, 1 milyon 260 min 570 nəfər isə Ermənistandan gedib. Bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən məlumat verilib.

Miqrasiya və Vətəndaşlıq Xidmətindən bildirilib ki, ER vətəndaşlığı ilə bağlı statistika illik əsasda hesablanır və buna görə də 2022-ci il göstəriciləri təqdim edilir.

“Rusiya vətəndaşlarından ER vətəndaşlığı üçün 19 427 müraciət daxil olub, 13 865 nəfərə ER prezidentinin sərəncamı ilə ER vətəndaşlığı verilib”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button