BaşlıcaSiyasət

Ermənistan XİN Mirzoyanla Bayramov arasında görüşün keçirilməsinə dair razılığın olduğunu təsdiqləyir

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü üçün razılıq əldə olunduğu barədə bəyanatına toxunub.

Mariya Zaxarova görüşün tarixləri barədə daha sonra məlumat verəcəklərini bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi də konkret tarixləri qeyd etmədi.

“Əvvəllər xəbər verdiyimiz kimi, görüşlərlə bağlı təkliflər var, indi də razılaşmalar var. Konkret tarix barədə sizə daha sonra məlumat verəcəyik”, – deyə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib.

Daha çox göstər
Back to top button