ArtsaxBaşlıcaSiyasət

“Biz beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında danışıqların başlanmasını istərdik”: Kolonna

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadasını qəbuledilməz hesab edir və bunun Dağlıq Qarabağ əhalisi üçün ciddi iqtisadi və humanitar böhran riskləri ilə dolu olduğunu qeyd edir. Fransanın xarici işlər naziri “Armenpress”-ə verdiyi eksklüziv müsahibəsində vurğulayıb ki, Azərbaycanın bu davranışı Ermənistanla sülh danışıqlarına mane olur. O, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradmasını da narahatedici qiymətləndirib.

Nazir vurğulayıb ki, Fransa bütün mübahisələrin yalnız danışıqlar yolu ilə həll olunmasını istəyir və bu səfərin məqsədi də budur: “Biz istəyirik ki, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağın nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında əhalinin hüquq və təminatlarının məzmunu ilə bağlı danışıqlar aparılsın. Bu o deməkdir ki, bu cür danışıqlar üçün, xüsusən də Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpası məsələsi ilə bağlı əlverişli şərait yaradılmalıdır.

Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlamaqla orada təhlükəsiz yaşamağa davam etməsini təmin edəcək istənilən həll yolunu dəstəkləyəcək. Bu onların toxunulmaz hüququdur”,-deyə fransalı nazir qeyd etdi.

Daha çox göstər
Back to top button