
Baş nazir Nikol Paşinyan Fransanın Xarici işlər naziri Ketrin Kolonanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir Fransa Xarici işlər nazirinin Ermənistana səfərini alqışlayıb və ölkəmizin Ermənistan-Fransa münasibətlərinə xüsusi yanaşma və diqqətini vurğulayıb.
“Münasibətlərimizdə mövcud olan dinamikaya görə çox sevindiyimi vurğulamaq istəyirəm. Bu əlaqələr nəinki yüksək səviyyədədir, həm də düşünürəm ki, bizim onları inkişaf etdirmək üçün potensialımız var.
Fransa Prezidentə Regionumuzun problemlərinə, xüsusən də Dağlıq Qarabağ və Laçın dəhlizi ətrafında yaranmış böhrana göstərilən diqqətə görə Sizə, Fransa hökumətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Sizi təkrarən salamlayıram və regionumuza olan qiymətləndirmələrinizi səfərlə bağlı təəssüratları eşitməkdən məmnun olaram” – deyərək Paşinyan qeyd edib.
Mənbənin sözlərinə görə, öz növbəsində, Ketrin Kolonna qonaqpərvərlik üçün təşəkkür edərək əlavə edib:
“Mən ilk dəfədir ölkənizə səfər edirəm və gecikmədən Prezidentin dostluq salamlarını Sizəyetirməyimə şadam. Bilirsiniz ki, Fransa Ermənistanın dostudur, yanındadır.
Ermənistan və bizi bu ölkə ilə çox şeylər bağlayır.Amma mən şəxsən bir daha demək istəyirəm ki, apardığınız islahatlarda, səylərdə, işlərdə biz sizin yanınızdayıq, ədalətli dövlət axtarışında da sizinləyik”.
“Ermənistan və Fransa arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Həmsöhbətlər Dağlıq Qarabağdakı humanitar böhrana, Laçın dəhlizi ətrafında yaranmış vəziyyət nəticəsində Dağlıq Qarabağ münaqişəsinə toxunublar.
Həmsöhbətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarının dərhal həyata keçirilməsinin zəruriliyini və Azərbaycanın Laçın dəhlizinin bağlanmasının qarşısının alınması vacibliyini vurğulayıblar.
Azərbaycanın birtərəfli hərəkətləri, o cümlədən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması yolverilməz hesab edilib ki, bu da 9 noyabr 2020-ci il tarixli bəyanatın kobud şəkildə pozulmasıdır” – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi kontekstində Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının səmərəli fəaliyyəti vurğulanıb.







