BaşlıcaSiyasət

ER onu xüsusi rəylə, Azərbaycansa  qeyd-şərtlə imzalayıb:  “Parlament komitəsi MDB sazişinə razılıq verib”

ER parlamentinin  Səhiyyə məsələləri üzrə  daimi komissiyası “İctimai mühafizə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri arasında əməkdaşlıq haqqında” Sazişin ratifikasiyasını təsdiq edib.

Alınan məlumata görə, komissiyanın iclasında sazişin ratifikasiyası layihəsini ER Səhiyyə nazirinin müavini Lena Nanuşyan təqdim edib.

“Son illərdə sanitar-epidemioloji rifah sahəsində fövqəladə halların inkişafını təhdid edən yoluxucu xəstəliklərin riskləri kifayət qədər artıb.

Ən son belə hallardan biri də koronavirus xəstəliyi olub. Bu saziş əməkdaşlığın gücləndirilməsinə yönəlib. Dövlətlərin təkbaşına müəyyən həll yollarını həyata keçirə bilmədiyi və xəstəliklərin daha da yayılmasının qarşısını ala bilmədiyi hallarda MDB iştirakçısı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və xəstəliklərin gələcəkdə yayılmamasına istiqamətlənib”-deyərək Nanuşyan qeyd edib.

Saziş 2022-ci il oktyabrın 28-də Astanada imzalanıb. Müqaviləni Ermənistan xüsusi rəylə, Azərbaycan isə qeyd-şərtlə imzalayıb.

Erməni tərəfi aşağıdakıları qeyd etməyi zəruri hesab edib: bu sənədin müddəaları ER tərəfindən 9 noyabr 2020-ci il və 11 yanvar tarixli üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş bütün razılaşmaların icrası çərçivəsində Azərbaycan Respublikasına da tətbiq ediləcək.

26 noyabr 2021-ci il tarixdə, o cümlədən Azərbaycan ER-in işğal olunmuş ərazilərinin tam azad edilməsinin, təcavüzün nəticələrinin aradan qaldırılmasının və Dağlıq Qarabağ münaqişəsinin normalara uyğun olaraq siyasi-diplomatik yolla həllinin nəticələri ilə BMT Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq marağında beynəlxalq hüququn prinsiplərindən çıxış olunmaqla tədbiq olunacaq.

Azərbaycanın qeyd-şərtinə gəlincə, qeyd edilir ki, Azərbaycan özünü yuxarıda adı çəkilən sazişin müddəaları ilə məhdudlaşmış hesab etmir.

 Onun tərəfi iştirakçı  olmadığına görə, sazişin müddəaları müqavilə tam bağlanana qədər Azərbaycan tərəfindən ER-na qarşı münaqişənin nəticələri tam ləğv olunmasına və ER və Azərbaycan arasında münasibətlərin normallaşmasına qədər tədbiq edilməyəcək.

Daha çox göstər
Back to top button