BaşlıcaErməni Soyqırımı

Viktor Raevski. “Soyqırımın tanınması prosesindən imtina, erməni xalqının  mənliyinin məhv edilməsidir”

“Osmanlı İmperiyası  və bugünkü Türkiyə və Azərbaycanın siyasəti arasında paralelləri kifayət qədər haqlı hesab edirəm”.

Ermenihaber.am-la söhbətində, Qara Dəniz-Xəzər regionunun Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru, R.Q.A.Primakov adına Dünya İqtisadiyyatı və beynəlxalq münasibətlər  üzrə Milli tədqiqat İnstitutunun baş elmi işçisi məşhur rus ekspert Viktor Nadein-Raevski   qeyd edib.

“Ermənistan və Artsax rəhbərliyinin buraxdığı səhvlər nəticəsində ermənilər müharibəni uduzdular. Laçın dəhlizinin bağlanması, şübhəsiz ki, Qarabağ xalqına zülm etmək, oradakı öz doğma Artsaxa yurd-yuvasına yenidən qayıdan vətəndaşların həyatını çətinləşdirmək məqsədini daşıyır. Çünki orada Rusiya sülhməramlı qüvvələri var, təəssüf ki, məhdud səlahiyyətlərə malikdir.

Biz ermənilərin öz vətənlərində Azərbaycan tərəfindən  həyatını necə çətinləşdirdiyini görürük. Amma burada əsas odur ki, Azərbaycan qətiyyətlə bəyan edir ki, status məsələsi artıq həll olunub.

Elə bir şey yoxdur, status məsələsi hələ də var və məsələ də bitməyib. Təbii ki, Osmanlı İmperiyasının soyqırım siyasəti ilə Türkiyə və Azərbaycanın indiki siyasəti arasında paralellər mövcuddur”.

Erməni Soyqırımı məsələsinə toxunan həmsöhbət xatırladıb ki, Erməni Soyqırımından danışarkən böyük itkilər verən yunanlar və assuriyalıları da unutmaq olmaz.

“Bildiyimiz kimi, Osmanlı İmperiyasında 1,5 milyon erməni qətlə yetirilib. Qırğına məruz qalan assuriyalıların sayı 30 min, yunanların sayı isə 60 min nəfər olub. Rusiyada assurların bir hissəsi xilas edilib və xoşbəxtlikdən, indi asuri xalqı  yenidən canlanma  dövrünü yaşayır.

Türklərin əlindən əziyyət çəkən digər millət isə yunanlardır. Amma yunanlardan fərqli olaraq türklər assuriyalılar və ermənilərlə döyüşlərdə iştirak etməmişlər”- deyən Raevski o dövrdə Osmanlı İmperiyasında 31 komissiyanın olduğunu və onların tərk edilmiş erməni və yunan mülklərinin türkləşdirilməsi ilə məşğul olduğunu bildirib.

“Türklər yuxarıda adı çəkilən xalqları məhv etmək naminə kürdlərdən istifadə edibdir və bütün əməliyyatlara bədnam üçlük rəhbərlik edirdi: Təliət Paşa (1874-1921), Ənvər Paşa (1881-1922) və Camal Paşa (1872-1922).

1913-cü ildə dövlət çevrilişindən dərhal sonra Ermənilərin məhvi ilə həqiqətən məşğul olan üç cinayətkar  hakimiyyəti öz əllərində cəmləşdirdilər.Təliətn teleqramları isə sübut edir ki, bütün hərəkətlər dövlət səviyyəsində bhəyata keçirilib” – deyərək ekspert qeyd edib..

Raevski məşhur türk tarixçisi Taner Akçamın “Öldürmə əmrləri” kitabının ruscaya tərcüməsi ilə bağlı 2019-cu ili də xatırladıb.

“OradaTaliətdən  Hələbdə valideynlərini itirmiş 4000 erməni yetim uşağı ilə bağlı teleqramlar var. Taner Akçam. Təliətin teleqramından Taner Akçam  sitat gətirərək bildirir ki, cinayətkarın göstərişi ilə 4 yaşına çatmamış uşaqlar türk sığınacaqlarına yerləşdirilib ki, özlərinin  erməni kimliyi haqqında onlar bilməsinlər.Yaşlılar isə ölümə bərabər olan Ter Zora göndərildi”.

Raevski faktlaşdırdı ki, Erməni Soyqırımının mövcudluğu minlərlə sənəd və müxtəlif ölkələrin bəzi rəsmiləri tərəfindən təsdiq olunub, çünki türklərin vəhşiliklərinə hətta onlar da təəccübləniblər.

“Türkiyənin indiki hökuməti Erməni Soyqırımı faktını inkar edir, türklər bunu başqalarına aid etməyə çalışırlar. Məsələn, “Onların etdikləri hər şeydə yəhudilər günahkardır, türklər isə günahkar deyil”. Busa, əslində cəfəngiyatdır.

Türkiyədə soyqırımın guya yəhudi məzhəbi olan “Dyonmen” icmasından olan Sabbatilər tərəfindən təşkil edildiyinə dair geniş bir nəzəriyyə var. Onların bəzilərinin Gənc türklərin sıralarında olduğu deyilir. Di buda, türklər üçün çox əlverişli nəzəriyyədir, türk elitasının arxalanmağa çalışdığı nəzəriyyə.

Türkiyədə bu təriqətlə bağlı kitablar tapmağa çalışdım, lakin satıldığı üçün tapa bilmədim. Bu onu göstərir ki, bu nəzəriyyə türklər arasında  olduqca populyardır” – deyə o, bildirib.

“Nəhayət  faktlaşdırmaq lazımdır ki, Türkiyə əhalisi öz əcdadlarının törətdiyi cinayəti qəbul etməyə hazır deyil.

Üstəlik, Türkiyə-Yunanıstan gərginliyi zamanı Erdoğanın yunanları yeni soyqırımla hədələdiyini yaxşı xatırlayırıq. Bu, çox vacib bir hal idi. Bu, Türkiyə xalqının öz əcdadlarının törətdiyi cinayəti qəbul etməyə hazır deyil”. O,bununla  yunanlara Smurniya qətliamını yenidən xatırladıb.

Beləliklə, Erməni Soyqırımının tanınmasının məhkum edilməsi məsələsi kəskin və son dərəcə vacib məsələ olaraq qalmaqdadır. Soyqırımın tanınması prosesindən imtina ermənilərin kimliyinin məhv edilməsi deməkdir, çünki bütün dünya ermənilərini birləşdirən budur, yəni ədalətə nail olmaq məhz budur” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button