BaşlıcaSiyasət

Alman  mətbusu:  “Erdoğanın sonu gəlirmi?”

Mayın 14-də keçiriləcək seçkilər fonunda beynəlxalq ictimaiyyət Türkiyədə baş verən hadisələri diqqətlə izləməkdə davam edir. Bu dəfə Almaniyanın “Bild” nəşrinin köşə yazarı Nadia Əsvad ölkə daxilində baş verən hadisələrə toxunub.

Əsvad səhhəti və seçkilərlə bağlı Türkiyə prezidenti, “Ədalət və İnkişaf” partiyasının lideri, “Xalq” alyansının ortaq namizədi Rəcəb Tayyib Erdoğana məktub yazıb. “Seçkilər öncəsi Türkiyədə vəziyyət qarışıb.Məgər  Erdoğanın sonumu gəlib?”

Nəşrdə jurnalist Eren Güvercinin sözləri də yer alıb. Onun sözlərinə görə, Erdoğan hazırda siyasət arenasında psixoloji cəhətdən qırılıb və səhhətində problemlər var, bir şəxsiyyət və natiq kimisə çox  zəifləyib.

Xatırladaq ki, Erdoğan aprelin 25-də canlı televiziya yayımı zamanı qəfildən səhhəti pisləşib və bu səbəbdən canlı yayım dayandırılıb.

Təxminən 25 dəqiqəlik fasilədən sonra efir yenidən bərpa olunsa da, Erdoğanın solğun görünüşündən və titrək səsindən səhhətinin pis olduğu məlum olub.

Daha çox göstər
Back to top button