BaşlıcaErməni SoyqırımıSiyasət

Senatorlar Menendes və Blekbern Erməni Soyqırımı ilə bağlı Maarifləndirməni Dəstəkləyən Qanun layihəsini təqdim ediblər

Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Bob Menendes və senator Marşa Blekbern Erməni Soyqırımı ilə bağlı təhsil proqramlarını dəstəkləmək üçün qanun layihəsi təqdim ediblər. Bu barədə Amerikanın Erməni Assambleyası məlumat yayıb.

Konqresin hər iki palatası 2019-cu ildə “Erməni Soyqırımı ilə bağlı maarifləndirmə və ictimai anlayışı təşviq edən” qətnamələri ratifikasiya edib.

S.1329 qanun layihəsi ilə bağlı Nümayəndələr Palatasında da H.R.2803 qanun layihəsi vardır. Bu layihəni 24 aprel 2023-cü il tarixində konqresmen Anna Eşu konqresmenlər Gas Bilirakis, Ted Liu, David Valadeo ilə birlikdə təqdim edib. Təklif olunan qanun layihəsi Konqres Kitabxanasına Erməni Soyqırımı ilə bağlı təhsili dəstəkləmək üçün addımlar atmağa yönəldir.

“Biz Erməni Soyqırımı ilə bağlı maarifləndirməni daha da inkişaf etdirməyə yönəlmiş bu qanun layihələrini alqışlayırıq”,-deyə Assambleyanın Konqreslə Əlaqələr üzrə direktoru Mariam Xaloyan bildirib.

O əlavə edib ki, soyqırımın qarşısının alınması insan hüquqları təhsilinin əsas məqsədlərindən biri olaraq qalır.

Daha çox göstər
Back to top button