BaşlıcaSiyasət

Türk  politoloq: “Türkiyədə ermənilər düşmən kimi qəbul  edilir, demək olar ki, bütün araşdırmalar bunu  göstərir”

Türkiyənin Liviya, Misir, Suriya, İraq kimi region ölkələri ilə problemləri o qədər mürəkkəbdir ki, hazırda tam həllini təmin etmək mümkünsüzdür.

Ermenihaber.am-la söhbətində türkiyəli politoloq, jurnalist, Afina Universitetinin professoru Cengiz Aktar Ankaranın müvəqqəti olaraq “qonşularla sıfır problem” siyasətinə keçməklə hansı problemləri həll etməyə çalışdığı sualını cavablandırarkən oxşar fikri bildirib.

Region ölkələri ilə İsrail, Misir, Suriya, Ermənistan və s.ilə tənzimlənmə proseslərinə başlayır.

“Türkiyənin Liviya, Misir, Suriya, İraq, Ermənistan kimi region dövlətləri ilə problemləri  mövcuddur. Hazırda o, nizamlanma istiqamətində addımlar atır, buna çalışır.

Ermənistanın işi bir az fərqlidir, amma Türkiyənin qalan ölkələrlə münasibətlər o qədər, problemləri o qədər  mürəkkəbdir, qarmaqarışıqdır və artıq o qədər xroniki hal alıb ki, onları Ankaranın ümid etdiyi və səy göstərdiyi şəkildə həll etmək mümkün deyil” – deyə professor Aktar vurğulayıb.

Suriya timsalında ətraflı danışan Aktar Dəməşqin Ankaranın bu addımına müsbət cavab verdiyini qeyd edərək, eyni zamanda, çıxış etməzdən əvvəl Türkiyənin Suriyadan qoşunlarını çıxarması lazım olduğunu vurğulayıb.

“Ancaq orada çoxsaylı əsgər var, 40 min əsgər var, çoxlu cihadçı var, Türkiyə həmin cihadçıları yedirdir, necə olacaq, nələr olacağı, yəni,  mümkünsüzdür olduqca çətindir”- deyərək o, vurğulayıb.

Misir-Türkiyə münasibətlərinə toxunan türk politoloq Misirin Yunanıstanın da irəli sürdüyü tələbinə diqqəti cəmləşdirib. Söhbət Ankaraya ünvanlanan Liviya ilə münasibətlərin nizamlanması və qoşunların çıxarılması, dəniz sərhədi razılaşmasının ləğvi tələblərindən gedir.

“Ankaranın bunları yerinə yetirməsi qeyri-mümkündür. Bunun üçün siyasəti alt-üst dəyişikliyi etmək lazımdır. Əl-ayaq bağlıdır.

Ordunu Liviyadan çıxarın deyirlər, amma Türkiyə belə olan halda pul qazanır, qoşunlarını Liviyada saxlamaqla bunun üçün pul alır.   

Eyni şəkildə böyük ehtimalla Azərbaycandan da pul alır.Yəni Türkiyə-Azərbaycan hərbi müqaviləsi də azad müqavilə ola bilməz.

Bu, “qara gözləri vəqara qaşları” üçün imzalanmış müqavilə deyil. Belə ola bilməz, çünki Türkiyə orada hərbi xidmət göstərir” – deyə politoloq qeyd edib.

Ankaranın başlatdığı nizamlanma prosesləri ilə bağlı türk xalqının nə düşündüyü sualına da toxunan Aktar, sadə insanların ümumiyyətlə, xarici siyasi prosesləri tam başa düşmədiyini,tam təssəvvür etmədiyini  vurğuladı.

“Demək olar ki, xüsusən də böyük ölkələrdə, Türkiyə isə böyük dövlətdir, insanlar ümumiyyətlə xarici siyasəti başa düşmür, bilmirlər.

Məsələn, bu gün Türkiyədə Azərbaycanı xəritədə göstərməyi xahiş etsəniz, çoxları bunubacarmayacaq.

Ermənistanı da göstərə bilməyəcəklər çünki harda olduğunu bilmirlər.

Məsələn bundan əvvəl Kiprlə bağlı insident olmuşdu,Kıbrıs Qara dənizdə xəritədə göstərilmişdi. ‘Bilmirəm amma Türkiyədəki insanlar ümumiyyətlə millətçi təbliğatçün  çox açıqdır.

Ermənistanla nizamlanma məsələsinə nəzər salaq. Məsələn, kimsə durub desə ki, Ermənistanla sərhədi açmaq lazım deyil, bunun əksini iddia edəcək bir adam da olmayacaq.

Belə bir həssas məqam var. Erməni soyqırımının inkarının ən zərərli nəticələrindən biri də Türkiyənin özündə ermənilərə qarşı mənfi münasibətdir.

Əsasən ermənini düşmən kimi qəbul edirlər, demək olar ki, bütün araşdırmalar göstərir ki, yalnız  erməni yox, yunanı və s.Nə qədər ki,  onlara qarşı bütün o baş verənlərlə bağlı üzləşmə olmayıb,heç nə bilmirlər,  odur ki, hər şeyi əksinə bilirlər” – deyərək politoloq vurğulayıb.

Daha çox göstər
Back to top button