ABŞ Ermənistandan Türkiyəyə uçuşların qadağan edilməsindən narahat olduğunu bildirib

ABŞ Dövlət Departamenti Türkiyənin Ermənistan aviaşirkətlərinin uçuş icazəsini dayandırması ilə bağlı narahatlığını bildirib. Aldığımız məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti jurnalistin sorğusuna cavab olaraq bildirib.
“Birləşmiş Ştatlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyir və bu, bütün region üçün yaxşı olardı.
Biz Türkiyənin Ermənistan aviaşirkətlərinin öz ərazisindən uçuşlara icazəsinin dayandırılması ilə bağlı bəyanatını məyusluqla qeyd etdik.
Hava əlaqəsinin bərpası etimadın möhkəmləndirilməsinin mühüm vasitəsinə çevrilib.Biz səmimi şəkildə ümid edirik ki, Türkiyə və Ermənistan iqtisadi əlaqələri bərpa etməyə və açıq nəqliyyat rabitəsini davam etdirə biləcəklər” – deyə ABŞ Dövlət Departamentliyi qeyd edib.







