BaşlıcaSiyasət

Baş nazir Paşinyan Çexiya Respublikasına  iki günlük rəsmi səfərə gedəcək

Baş nazir Nikol Paşinyan xanımı Anna Hakopyanla mayın 4-5-də rəsmi səfərlə Çexiya Respublikasına  səfər edəcək.

Səfəri zamanı Ermənistanın Baş nazirinin Çexiya hökumətinin başçısı Petr Fiala ilə görüşü olacaq. Əvvəlcə iki ölkənin Baş nazirləri arasında təkbətək söhbət keçiriləcək, daha sonra geniş tərkibdə danışıqlar davam etdiriləcəkdir.

Görüşün sonunda Nikol Paşinyan və Peter Fiala media nümayəndələri üçün bəyanatlarla çıxış edəcəklər.

Sonra ER Baş nazirinin Çexiya Prezidenti Petr Pavel, Parlament Deputatlar palatasının sədri Marketa Pekarova Adamova və Senatın sədri Miloş Vistarçil ilə görüşləri nəzərdə tutulub.

Nikol Paşinyan Praqada Transatlantik əlaqələr mərkəzinə gedəcəkdir.

Daha çox göstər
Back to top button