BaşlıcaSiyasət

Baş prokuror: “Hazırda Ermənistan sərhədini keçmiş azərbaycanlıların ekstradisiyası mümkün deyil və olmayacaq”

Ermənistan sərhədini keçən iki azərbaycanlı hərbçidən biri ilə bağlı cinayət işi yekunlaşıb və iş məhkəməyə göndərilib, digərinin istintaqı davam etdirilir.

Aldığımız məlumata görə, bu haqda ER baş prokuroru Anna Vardapetyan jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan sərhədini keçən iki azərbaycanlı hərbçinin cinayət işinin hansı mərhələdə olması ilə bağlı sualı cavablandırarkən qeyd edib.

“İkinci şəxs ağırlaşdırıcı şəraitdə qətl törətməkdə, silah qaçaqmalçılığı, sərhədi qanunsuz keçmə, ER -da silah gəzdirmə maddələri ilə də ittiham olunur.

 Hazırda məhkəməyə qədərki prosesdə ekstradisiya ola bilməz və olmayacaq. Ekstradisiya yalnız məhkumlara qarşı qanuni qüvvəyə malik məhkəmə aktları şəraitində baş verir.

Ekstradisiya bir sıra konvensiyalarla tənzimlənir. Yalnız Azərbaycan maraqlıdırsa, sizə deyim ki, bu, 1998-ci il Moskva Konvensiyası və Strasburq Konvensiyasıdır” – deyərək Anna Vardapetyan bildirib.

Daha çox göstər
Back to top button