
Baş nazir Nikol Paşinyan Çexiyaya səfəri çərçivəsində bu ölkənin hökumət başçısı Petr Fiala ilə görüşüb. Təkbətək söhbətdən sonra Paşinyan və Fiala danışıqları rəsmi nahar çərçivəsində geniş tərkibdə davam etdiriblər.
Görüşün sonunda hər iki ölkənin Baş nazirləri bəyanatlarla çıxış ediblər. Onlar Ermənistan və Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş birgə bəyanat imzaladıqlarını jurnalistlərin diqqətinə çatdırıblar.
ER Baş naziri Nikol Paşinyan və Çexiya hökumətinin başçısı Petr Fiala ikitərəfli gündəmdən başqa, təhlükəsizlik və regional əhəmiyyətli bir sıra məsələlərə toxunublar.
Ermənistanın Baş naziri birgə mətbuat konfransında bildirib ki, konstruktiv şəraitdə açıq və dolğun müzakirələr apardıq.
“Mən həmçinin Çexiyanın uzunmüddətli AB-nin monitorinq missiyasının Ermənistan ərazisində Azərbaycanla sərhəddə yerləşdirilməsi qərarını dəstəklədiyini vurğuladım.
Təəssüflə qeyd edirəm ki, bütün səylərə baxmayaraq, regionumuzda vəziyyət gərgin olaraq qalır. Bunun səbəbi odur ki, məlum razılaşmalara baxmayaraq, Azərbaycan Ermənistanla sərhəddə, Dağlıq Qarabağda və Laçın dəhlizində vəziyyəti daim gərginləşdirərək güc tətbiqi və güc tətbiq etmək hədəsi siyasətini davam etdirir.
Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarı və ondan əvvəl dəhlizin blokadaya alınması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın və Beynəlxalq Ədalət Məhkəməsinin fevralda verdiyi müvəqqəti qərarın kobud şəkildə pozulmasıdır –deyə Ermənistanın Baş naziri bəyan etdi.
Artıq 4 aydır ki, Dağlıq Qarabağ əhalisi sərbəst hərəkət etmək imkanından məhrumdur. Üstəlik, Azərbaycan DQ təbii qazın, işığın təchizatını dayandırıb, DQ-da ərzaq talonla satılır və bununla da orada humanitar böhran yaranıb.
“Hesab edirik ki, beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə aydın və məqsədyönlü qiymət verməlidir, xüsusən ona görə ki, bizim qiymətləndirməmizə görə, Azərbaycanın yuxarıda qeyd etdiyimiz əməlləri Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparmağa hazırlıqdır.
Bu halda, biz Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsini zəruri hesab edirik.
Eyni zamanda o, bütün çətinliklərə baxmayaraq, Ermənistan hökumətinin sülh gündəmini qəbul etdiyini vurğulayıb.
“Biz hesab edirik ki, regionumuzda sülhün alternativi yoxdur və təkcə məqsəd deyil, həm də xalqlar və dövlətlər arasında münasibətlərin tənzimlənməsi və daha da inkişafı üçün vasitədir.
Biz Azərbaycanla danışıqlar prosesində tam iştirak edirik və yaxın gələcəkdə biz nəticə əldə etməyə və danışıqlar naminə danışıqlara getməyə hazır olaraq iştirak edəcəyik.
Bu məqsədə çatmaq üçün ümid edirik ki, Azərbaycan güc tətbiq etmək və güc tətbiq etmək hədəsi siyasətindən əl çəkəcək və gözləyirik ki, beynəlxalq ictimaiyyət də Azərbaycana oxşar mesaj verəcək.
Mən başa düşdüm ki, Ermənistan sülhün möhkəmləndirilməsi perspektivində maraqlıdır- deyə Çexiyanın Baş naziri Peter Fiala Dağlıq Qarabağda baş verən hadisələrdən narahat olduqlarını bildirib.
O, xatırladıb ki, Praqa Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında irəliyə doğru addım atmağa cəhd edilən yerlərdən birinə çevrilib.
“Biz Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahatıq, buna səbəb Laçın dəhlizinin blokadaya alınmasıdır və bu məsələdə AB-nin mövqeyi ilə razıyıq.
Hesab edirik ki, sülhün bərqərar olması üçün bütün mümkün addımlar atılmalıdır həm Dağlıq Qarabağ həm Qafqaz regionunda sabitlik yaransın” – deyə Çexiyanın Baş naziri bəyan edib.
Ölkələrin ərazi bütövlüyünə və Ermənistanla Azərbaycan arasında davam edən müzakirələrə toxunan Çexiyanın Baş naziri bütün tərəflər üçün məqbul olacaq sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.
Peter Fiala həmçinin əmin edib ki, Çexiya regionda davamlı sülhə nail olmaq üçün müxtəlif platformalarda bütün lazımi addımları atacaq.
Ermənistan və Çexiyanın Baş nazirləri Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsinə də toxunublar. Azərbaycan təhdidlərini davam etdirir, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurur, ritorikasını sərtləşdirir, Ermənistanın suveren ərazisinə təcavüzdən istifadə edir. Bu şəraitdə sülhə nail olmaq nə qədərlə mümkündür?
Ermənistan və Çexiyanın Baş nazirləri soruşdular ki, Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunmalı deyilmi?
Cavabında Peter Fiala bəyan edib ki, onlar regionun sabitləşməsinə gətirib çıxaracaq sülh təşəbbüslərini və səylərini dəstəkləyə bilərlər və bunu edəcəklər.







