BaşlıcaSiyasət

Ermənistan kosmosa ikinci peykin göndərilməsi üzərində işləyir

Ermənistan kosmosa ikinci peykin göndərilməsi üzərində işləyir. Bu barədə ER yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan hökumətin iclasından sonra jurnalistlərə verdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ikinci peyklə bağlı işlər ilkin mərhələdədir: “Biz hələ də bazar araşdırması aparırıq, imkanlarımızı və təkliflərimizi qiymətləndiririk”, – Xaçatryan bildirib.

O, hazırda Ermənistanda peyk istehsalının həyata keçirilməsini real hesab etməyib. “Amma biz Ermənistanda ikinci və ya üçüncü peykin kiçik bir hissəsini belə istehsal edə bilsək, düşünürəm ki, bu, yaxşı nailiyyət olar”, – nazir bildirib.

Ayrı bir peykdən alınan şəkillər isə məlumat mənbəyidir. Onlar bir çox sahələrdə istifadə edilə bilər. Nazirin sözlərinə görə, bu sahələr məhdudiyyətsizdir.

“Biz onlara informasiya mənbəyi kimi baxmalı və tətbiq dairəsini mümkün qədər genişləndirməyə çalışmalıyıq”, – Xaçatryan qeyd edib ki, onların hərbi məqsədlər üçün də faydalı ola biləcəyini istisna etmir.

2022-ci il mayın 25-də ABŞ-dan ilk erməni peyki orbitə buraxılıb. İlk erməni peyki ARMSAT-1 sınaq nəticəsində müsbət nəticə göstərib.

Daha çox göstər
Back to top button