İctimaiyyət

Kriminal polis yaradılacaq

Hökumət iclasında “Polis xidməti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi təsdiqlənib. Regionlar səviyyəsində, eləcə də Yerevanda cinayət polisinin baş idarəsinin bilavasitə tabeliyində regional bölmələrin yaradılması planlaşdırılır. Bu bölmələrdə yalnız ağır və xüsusilə ağır cinayətlərin aşkar edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.

Daxili işlər naziri Vahe Qazaryanın sözlərinə görə, kriminal polisin ərazi bölmələri yaradılmasından sonra indiki regional polis ləğv ediləcək.

Daha çox göstər
Back to top button