BaşlıcaMədəniyyət

İşğal olunmuş ərazilərdəki erməni kilsələrinin “albanlaşdırılması” mədəni soyqırımdır: Stepanakert

Azərbaycanda dövlət səviyyəsində ermənilərə məxsus hər şeyin kütləvi şəkildə məhv edilməsi siyasəti aparılır. Bu barədə Artsax Respublikası Prezidentinin müşaviri Davit Babayan NEWS.am-in müxbirinin xahişi ilə Azərbaycan tərəfindən işğal edilmiş Hadrutun qanunsuz məskunlaşdırılması və Hadrutdakı erməni kilsəsinin “albanlaşdırılması” barədə məlumatı şərh edərkən belə deyib.

“Erməni irsi beynəlxalq ictimaiyyətin gözündən uzaq olan yerlərdə dünya üzündən silinir. Baxmayaraq ki, Naxicevan xaçkarlarının məhv olunması kimi, erməni irsinin dünya ictimaiyyətinin gözü qarşısında məhv edilməsinə dair nümunələr var. Bunu etmək mümkün olmayan yerlərdə isə abidələrin tarixinin dəyişdirilməsinə, onların yad mənşəli olduğunu göstərməyə cəhdlər edilir.

Monastırlara gəlincə, Hadrut kilsəsində baş verənlər, onun “albanlaşdırılması” mədəni soyqırımdan başqa bir şey deyil. Yeri gəlmişkən, “Alban-Udi kilsəsi” adlanan kilsədən danışarkən, özünü “Alban kilsəsi”nin bəzi din xadimləri kimi təqdim edən təlxəklər dəstəsindən udi xalqının nümayəndələrini birmənalı şəkildə ayırmaq lazımdır.

İşğal etdikləri ərazilərdəki erməni kilsələrinə gedib onları “Alban kilsə” kimi təqdim edirlər. 10-15 il əvvəl həmin qrupun nümayəndələri Türkiyənin Ağtamar adasındakı erməni monastırında olub və onu “Alban kilsəsi” kimi təqdim ediblər. Onlar Türkiyə və Azərbaycan bayraqları ilə ora daxil olublar. Düşünürəm ki, onlar Azərbaycanın xüsusi xidmət orqanlarının və bəlkə də Bakı Dram Teatrının nümayəndələri olublar”, – Davit Babayan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusi kilsə siyasəti həyata keçirilir və Babayan hesab edir ki, “Alban kilsəsi” adlanan qurumun avtokefaliyasına nail olmaq cəhdi olacaq. Onlar bunu kilsələrin muxtariyyəti haqqında yalan ifadələr verən Konstantinopol Patriarxlığı vasitəsilə etməyə çalışacaqlar.

Artsax prezidentinin müşaviri bəyan edib ki, Azərbaycan hakimiyyəti də Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası vasitəsilə anti-erməni siyasəti həyata keçirməyə fəal çalışır. Amma Erməni Apostol Kilsəsinin fəaliyyəti və bütün Rusiyanın Patriarxı ilə əməkdaşlıq sayəsində o təhlükəli xətt bu gün fəaliyyətsizdir. Babayan qeyd edib ki, bununla belə, Əliyev rejimi ondan geosiyasi silah kimi istifadə etmək cəhdlərini dayandırmır.

Daha çox göstər
Back to top button