BaşlıcaTəhlil

Vaşinqtondakı üçtərəfli görüşlər: Siyasi gündəm

Keçən həftə ABŞ-da dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında üçtərəfli görüşlər keçirilib.

Ermənistan XİN bildirdi ki, Blinkenlə ayrıca görüşdə regionda təhlükəsizlik vəziyyəti və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi məsələləri müzakirə olunub. Tərəflər Laçin dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış humanitar vəziyyətə toxunublar.

Vaşinqtonda 4 günlük müzakirələrdən sonra ABŞ, eləcə də Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlikləri bəyanatlar yayıblar. ER XİN bəyanatında qeyd olunur ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ikitərəfli sazişin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər, lakin bir sıra əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalıb.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken isə qeyd edib ki, həm ikitərəfli, həm də üçtərəfli müzakirələrdən sonra tərəflər mürəkkəb problemlərin həllində nəzərəçarpacaq irəliləyiş əldə ediblər.

Vaşinqton danışıqlarından sonra Moskvada da Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə üçtərəfli danışıqlar gözlənilir. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etdi ki, üçtərəfli görüşünün keçirilməsi ilə bağlı artıq razılıq var. Moskvada görüşünün keçirilməsi ilə bağlı məlumatı ER Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Güman edilir ki, Moskvada ehtimal olunan sülh müqaviləsi və Artsax münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq. Lakin Azərbaycan nə qədər yüksək platformalardan qondarma sülh tezisləri səsləndirsə də, hər dəfə Ermənistan, Artsax və erməni xalqını hədəfə alınması, güc və güc tətbiq etmək təhdidləri ilə dolu Azərbaycan prezidentinin bəyanatları aydın bir şəkildə göstərir ki, Azərbaycanın regiondakı məqsədləri sülhməramlı ola bilməz, onun məqsədləri ancaq dinc əhalini təhdid etmək və digər dövlətin ərazilərini işğal etməkdir.

Bunun ən bariz sübutu Artsaxda aylarla blokadanın davam etdirilməsidir. Beş aydır ki, beynəlxalq ictimaiyyətin çağırışlarına, Haaqa məhkəməsinin qərarına baxmayaraq, 120 min erməni hələ də blokada altında öz hüquqları uğrunda mübarizəni davam etdirir.

Azərbaycan Artsaxı Ermənistanla birləşdirən yeganə yolu bağlamaqla, elektrik enerjisinin və qazın verilişinə aylarla mane olmaqla, ağır sosial şərait yaratmaqla əhaliyə təzyiq göstərmək istəyir. Son aylarda yalan “ekoloji” bəhanələrlə yolu bağlayan Azərbaycan məhz özü ətraf mühitə ən böyük ekoloji ziyanı vurur.

Sarsang su anbarının peykdən çəkilmiş son görüntüləri buna sübutdur. Azərbaycanın yaratdığı çətin şərait səbəbindən bir neçə ay ərzində Sarsang su anbarının səviyyəsi xeyli aşağı düşüb, bu da isə ekosiddən başqa bir şey deyil.

Daha çox göstər
Back to top button