ArtsaxBaşlıcaSiyasət

Bu yolla reinteqrasiya haqqında söz ola bilməz, bu reokupasiyadır: Ruben Vardanyan

9 May həmişə bizim bayramımız olacaq, qələbələrimiz həmişə xatırlanacaq və yeni qələbələr yaranacaq, mən buna əminəm. Bu, Artsaxın ən gözəl günlərindən biridir, mən çox şadam ki, burada məhz gənclərdir, bunu siz başlatdınız. Bunu Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan mayın 9-da Stepanakertdə “Artsaxın etnik təmizlənməsinə yox” təşəbbüs qrupunun təşkil etdiyi mitinqdə deyib.

“Əminəm ki, özünüz və bütün Artsax üçün layiqli gələcək sadəcə siz yarada bilərsiniz. Biz hər zaman ləyaqətli insan və Artsaxın ləyaqətli vətəndaşı olmuşuq və bütün çətinliklərə baxmayaraq ləyaqətimizi qoruyacağıq. Bizim hamımız birlikdə qırmızı xətlərimizi çəkdik və dedik ki, bu, Artsax xalqı üçün qəbuledilməzdir. Bu qırmızı xəttlər 6-dır. Aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi qoyaraq həmin qırmızı xətti pozdu”,- Rubinyan qeyd etdi.

Ruben Vardanyan qeyd etdi ki, yeganə seçim mübarizə aparmaqdır. “Mübarizə etməlisən, başqa çarə yoxdur, əks halda sən ləyaqətsiz bir insana çevrilirsən ki, onu əzirərək keçə bilərlər. Qırmızı xətt hamımız üçün aydın olmalıdır, çünki bizim pasportlarımızın başqa dövlət tərəfindən yoxladəlmasına icazə verməməliyik. Bizim Ermənistana sərbəst giriş-çıxışımızı heç kim məhdudlaşdırmamalıdır.

149 gündür mühasirədəyik, qazımız, işığımız yoxdur. Sargsang su anbarının vəziyyətini bilirsiniz, çox problemimiz var, amma ruhdan düşmürük. Bu yolda reinteqrasiya haqqında söz ola bilməz, bu reokpuasiyadır. Reokupasiyaya yox deyək. Biz evimizi, məzarlarımızı, torpağımızda yaşamaq haqqımızı müdafiə edirik. Biz heç kimə hücum etmək istəmirik, sadəcə öz torpağımızda dinc və xoşbəxt yaşamaq istəyirik.

Biz danışıqlara hazırıq, lakin onlar Azərbaycana əsaslana bilməz, qarşılıqlı hörmətə əsaslanmalıdır. Danışıqlar biz dünyaya müstəqil Artsax olaraq qonşularımızla oturub danışa biləcəyimizi söyləyə biləyəcəyimiz vaxt ola bilər.

1988-ci ildən bəri bizim azad, təhlükəsiz, xoşbəxt və erməni Artsaxına sahib olmaq məqsədimiz var idi və bu məqsəd dəyişmədi. Bu gün bu gənclər deyirlər: problemləri həll edin, siz həll edə bilmirsiniz, biz həll edəcəyik, bacardığımız qədər həll edəcəyik. Amma bizim başqa yolumuz yoxdur”, – Ruben Vardanyan qeyd etdi.

Daha çox göstər
Back to top button