Başlıcaİctimaiyyət

Ermənistan sərhədini keçən azərbaycanlılardan biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Sünik bölgəsinin ümumi yurisdiksiya məhkəməsi Ermənistan sərhədini keçən iki azərbaycanlı hərbçidən biri Aqşin Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

 Bu barədə Factor.am-a məhkəmənin mətbuat katibi Lilit Şaboyan məlumatlandırıb. Azərbaycanlı əskər  sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.

 O, ona qarşı irəli sürülən ittihamı qəbul edib. İkinci əsgər Hüseyn Axundovun cinayət işi üzrə istintaqı davam edir.

O, həmçinin “Zəngəzur mis-molibden zavodu”nun mühafizəçisini öldürməkdə də ittiham olunur.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button