
Mayın 9-da Stepanakertin “Veratsnund” meydanında “Artsaxın etnik təmizlənməsinə yox” hərəkat qrupunun təşəbbüsü ilə mitinq keçirilib.
“Artsaxın etnik təmizlənməsinə yox” hərəkatının təşəbbüskarları öz tələblərini və azad yaşamaq hüququ uğrunda mübarizə iradələrini bir daha təsdiqlədilər. Miting zamanı Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinə və ER Baş nazirinə ünvanlanmış imza sorğusunun mətni təqdim olunub.

“Artsax Respublikasının vətəndaşları 9 noyabr 2020-ci ildə Azərbaycanın imzaladığı bəyanatın müddəalarının kobud şəkildə pozulmasına diqqət çəkirlər. Azərbaycan öz addımalrı ilə etnik təmizləmə siyasəti, 120 min əhalini mühasirədə saxlayaraq xalqı öz doğma yurdundan məhrum edən soyqırım aktları həyata keçirir. Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarının, habelə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasının təmin edilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edilməsini tələb edirik”,- bəyanatda qeyd olunub.

Aksiya iştirakçılarından Karmen Avetisyan üç günlük bayram münasibəti ilə təbrik edərək qeyd edib ki, onların nəsli çoxlarının düşünmədiyi işləri ediblər.
“Biz birləşdiyimiz üçün qalib gəldik. Bu gün də birliyə, mübarizəyə ehtiyac var”, – deyə azadlıq döyüşüçüsü vurğulayıb.

Artsax Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyan qeyd etdi ki, qələbələr hamişə xatılanacaq və inanır ki, yenilərinin olacaq.
“Aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradaraq qırmızı xətləri pozub. Həmin qırmızı xətlərin pozulması, layiqli bir insan kimi, sizi mübarizə aparmağa məcbur edir. Bizim Ermənistana sərbəst giriş-çıxışımızı heç kim məhdudlaşdırmamalıdır. 149 gündür mühasirədəyik, qazımız, işığımız yoxdur, Sarsang su anbarının vəziyyətini bilirsiniz. Böyük problemlərimiz var, amma çarəsiz deyilik. Bəli, vəziyyət çətindir, amma bildiyimiz şey odur ki, “reinteqrasiya”dan söhbət gedə bilməz.

Biz öz evimizi, şəhər və kəndlərimizi, qəbirlərimizi, torpağımızda yaşamaq hüququmuzu müdafiə edirik. Biz heç kimə hücum etmək istəmirik, öz vətənimizdə dinc, xoşbəxt yaşamaq istəyirik. Biz danışıqlara hazırıq, lakin bu danışıqları başında tapança ilə aparmaq olmaz, ancaq ikitərəfli hörmət şəraitində olmalıdır”,- Vardanyan qeyd edib.

Mitinqdə Artsax Respublikasının Prezidenti Arayik Hrutyunyan, ikinci və üçüncü prezidentlər Arkadi Ghukasyan və Bako Sahakyan, Parlamentinin sədri Artur Tovmasyan da iştirak ediblər.







