BaşlıcaSiyasət

“Əgər ilkin şərtlər olmasaydı, Ermənistan-Türkiyə sərhədi çoxdan açılmış olardı”

Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi kontekstində Ermənistan tərəfinin tezisi ondan ibarətdir ki, Türkiyə Ermənistanın üçüncü ölkələrlə münasibətlərindən asılı olmamalıdır.

Aldığımız məlumata görə, bu haqda  ER parlamentinin “KP” fraksiyasının deputatı Babken Tunyan mətbuat konfransında Türkiyənin Ermənistan-Türkiyə münasibətlərində Azərbaycan faktorunu ilkin şərt kimi nəzərdən keçirməməsi sualına münasibət bildirərkən  qeyd edib.

“Bia ilkin şərt olmadan münasibətlərin tənzimlənməsindən danışırıq.

Təbii ki, ilkin şərtlər olmasaydı, o sərhəd çoxdan açılacaqdı. İndi qarşımıza ilkin şərtlər qoysalar, biz də deyirik ki, bizim qırmızı xətlərimiz, baxışımız var.

Bu da odur ki, ölkələr bir-biri ilə normal münasibətdə olmalıdırlar.İki ölkə bir-biri ilə münasibətləri tənzimləyəndə üçüncü dövlətlərlə münasibətlərimizdən asılı olmamalıdır” – deyə deputat bildirib.

Bu, erməni tərəfinin tezisidir. Tunyanın sözlərinə görə, bu tezis beynəlxalq ictimaiyyət üçün də başa düşüləndir.

Ermənistan və Türkiyə daha əvvəl yayın əvvəlində üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button