Ermənistan ən çox qiymətli və yarı qiymətli daşları və qiymətli metalları ixrac edib

Bu ilin birinci rübündə Ermənistan 1 milyard 664 milyon 789,9 min dollarl məbləğində mal ixrac edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
ER Statistika Komitəsinin məlumatına əsasən, ümumiyyətlə, ilin birinci rübündə Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsi 4 milyard 248 milyon 53,2 min dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Ən çox ixrac həxmi Rusiyaya olub və 838 milyon 777,9 min dollar təşkil edib, bu da 2022-ci ilin yanvar-mart aylarında ixrac ediləndən 4,5 dəfə çoxdur. İxrac həcminə görə Birləşmiş Ərəb Əmirlikləri ikinci yerdədir. Bu ilin birinci rübündə Ermənistandan BƏƏ-yə 288 milyon 774,9 min dollarl məbləğində məhsul ixrac edilib. Bu göstərici da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 dəfə çoxdur. Üçüncü yerdə Hollandiyadır. 2023-cü ilin yanvar-mart aylarında Ermənistandan Hollandiyaya ixrac həcmi 100 milyon 128,9 min dollar olub, əvvəlki ilin birinci rübü ilə müqayisədə 80,5 faiz artım olub.
Ümumilikdə Ermənistandan Aİİ ölkələrinə ixracın həcmi 878 milyon 138,2 min dollar, Aİ ölkələrinə isə 185 milyon 436,7 min dollar təşkil edib.
İxrac edilən mallara gəlincə, ən çox qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar ixrac olunub. İxrac həcmi 382 milyon 445,4 min dollar təşkil olunub, bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə təxminən 4 dəfə çoxdur.
Bundan başqa, Ermənistandan maşın, avadanlıq və mexanizmlər də ixrac olunub.







