Başlıcaİctimaiyyət
Ermənistana gələn turistlərin sayı 80 faizdən çox artıb

Bu ilin birinci rübündə Ermənistana 451 min 850 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,2 faiz çoxdur.
Bunu ER Statistika Komitəsinin dərc etdiyi məlumatlar göstərir.
Yanvar-mart aylarında Ermənistana ən çox Rusiya vətəndaşı səfər edib, rusiyalı turistlərin sayı 237 min 40 nəfər olub. İkinci yerdə müxtəlif ölkələrdən Ermənistana səfər etmiş Ermənistan vətəndaşlarıdır – 74 min 186 nəfər. Ermənistana səfər edən Gürcüstan vətəndaşlarının sayı 53 min 707, İran İslam Respublikası vətəndaşlarının sayı 25 min 458 olub.
Bu ilin ilk üç ayında Ermənistana 2 min 712 Türkiyə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövründə qeydə alınan rəqəmdən 2,2 dəfə çoxdur.







