
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvinn 44 günlük müharibə nəticəsində itkin düşən və Azərbaycanda əsir düşən hərbçilərin ailə üzvləri ilə görüşüb. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumatlandırıb.
Səfirliyin yaydığı mesajda bildirilir ki, əsir götürülənlər vətənə qaytarılmalı və münaqişənin hər iki tərəfində həlak olanların qalıqları imkan daxilində yaxınlarına qaytarılmalıdır.







