BaşlıcaSiyasət

Üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münasibətlərinə dair geniş spektrli məsələlər müzakirə olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Birliyi  Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, iki ölkə arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi, nizamlama üzrə saziş müzakirə edilib.

 Ermənistanla Azərbaycan arasında münasibətlərin  nizamlanması razılaşmasına, Dağlıq Qarabağ xalqının  hüquq və təhlükəsizliyininünvanlanması  zərurətinə, habelə əsirlər , itkin düşmüş şəxslər və digər humanitar məsələlərlə bağlı məsələlərə dair  müzakirələr olub.

ER Baş naziri aparatından verilən məlumata görə, müzakirələrin iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində ER Baş nazirinin, Azərbaycan prezidentinin, Fransa prezidentinin və Almaniya kansleri, Avropa Şurasının sədrinin beştərəfli və iyulda  Brüsseldə ER Baş nazirinin, Azərbaycan prezidentinin və Avropa Birliyi Şurasının sədrinin üçtərəfli görüşləri çərçivəsində  müzakirələri davam etdirməkçün razılıq əldə olunub.

Daha çox göstər
Back to top button