
Avropa Birliyi Ermənistana müşahidə missiyası göndərmək qərarına gəldikdən sonra Avropa Birliyinin imici xeyli yaxşılaşıb. Aldığımız məlumata görə, bu haqda Baş nazir Nikol Paşinyan Çexiyanın “Respekt” jurnalına müsahibəsində son bir ildə Ermənistanın AB haqqında təsəvvürünün dəyişib-dəyişmədiyi sualına cavab verərkən deyib.
“Bu, hiss ediləcək dərəcədə dəyişib, lakin Ukraynada baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Struktur Ermənistana müşahidə missiyası göndərmək barədə qərar qəbul etdikdən sonra AB-nin imici xeyli yaxşılaşıb.
Bu, Birliyin xalqın qayğısına qaldığını başa salıb. Bu, heç vaxt mənfi qarşılanmasa da, emosional və siyasi mənada AB-nin reputasiyasını artırdı” – deyə Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, AB Ermənistanın demokratik islahatların həyata keçirilməsində əsas tərəfdaşıdır.
Əgər vətəndaşlardan Ermənistanda görünən ən böyük dəyişikliklərin nə olduğunu soruşsanız, onlar yəqin ki, patrul polisinin yaradılmasını qeyd edərdilər.
Biz AB ilə əməkdaşlıq edirik və bu il yeni bir dəstənin gəlməsini gözləyirik. Ermənistanda “Skoda” avtomobilləri var, ona görə də bizim AB ilə münasibətlərdə çox geniş gündəliyimiz var.
2021-ci il seçkilərindən sonra Avropa Şurasının rəhbəri Çarlz Mişel Ermənistana səfər edib və Şərq Tərəfdaşlığı çərçivəsində 2,6 milyard avro dəstək vəd edib. İstərdik ki, bu proses bir az da sürətlə getsin” – deyə Baş nazir bildirib.







