
ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “yolunu azmış”azərbaycanlıların Bakıda saxlanılan erməni hərbi əsirlərlə dəyişdirilməsi ilə bağlı söhbətləri “zamansız” hesab edir.
“Bu barədə danışmaq hələ tezdir. Yalnız razılaşma elan edilib, təfərrüatları deyə bilmərəm”, – nazir müavini Parlamentdə jurnalistlərlə söhbətində bildirib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin saxlanılan şəxslərin yaxın həftələrdə azad ediləcəyi ilə bağlı bəyanatına gəlincə, Safaryan Aİ-nin addımlarını gözləyir. “Bu da onlar tərəfindən edilməlidir. O, belə bir bəyanat versə, bəlkə də onların tərəfində addımlar atılacaq”, – deyə Safaryan vurğulayıb.







