
ABŞ Dövlət Departamenti Dini etiqad azadlığı üzrə beynəlxalq komissiyanın 2022-ci il üçün Dini etiqad azadlığı hesabatını dərc edib.
Xüsusiylə, hesabatda Azərbaycan xüsusi nəzarətdə olan ölkələr siyahısına daxil edilib.
2022-ci ildə Azərbaycanda dini etiqad azadlığının vəziyyəti mənfi dinamikaya malik olub. Hökumət din xadimləri üzərində ciddi nəzarəti davam etdirməklə yanaşı həm də, onları təqib etməkdə və həbsdə saxlamaqda davam edib.
Qeyd olunur ki, ötən ilin sonunda Azərbaycanda 19 nəfər dini inanclarına görə həbs edilib. Yerli insan haqları təşkilatları həmçinin hökumətin “fiziki zorakılığa əl atmaqda davam etdiyini, dini fəalları saxlayıb həbs etdiyini və dini fəalların, o cümlədən narkotik ittihamı ilə həbslərinin çoxunun siyasi xarakter daşıdığını” bildirir.
Hesabatda Azərbaycanın Dağlıq Qarabağda, Bakının nəzarəti altında olan ərazilərdə erməni mənəvi irsinin məhv edilməsindən də bəhs edilir.
“Beynəlxalq orqanlar və digər təşkilatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda və Azərbaycanın nəzarəti altında olan ətraf ərazilərdə dini və mədəni irsin qorunması və qorunub saxlanması istəyini şübhə altına almaqda davam edir.
Fevral ayında o zamanda olan Mədəniyyət naziri Anar Kərimov kilsələrdən “saxta” erməni opostol yazılarının yığışdırılması üçün işçi qrupunun yaradıldığını elan etmişdi.
Göründüyü kimi, beynəlxalq qəzəbdən sonra hökumət bu plandan əl çəkib və mart ayında Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında erməni mədəniyyət irsinin məhv edilməsi və inkar edilməsi siyasətini davam etdirməsini məhkum edib.
USCIRF ABŞ hökumətinə “ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinə və ABŞ-ın Bakıdakı səfirliyinə Dağlıq Qarabağda və ətraf ərazilərdə ibadət yerlərinin və digər dini və ya mədəniyyət obyektlərin bərpası, mühafizəsi üçün maliyyə ayırmağı təklif edib”.







