İctimaiyyət
“Rest of World vote” səsverməsi nəticələri ilə Ermənistanın 3-cü yerdədir

“Eurovision” mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq bu il müsabiqədə iştirak etməyən ölkələrə də səsvermə imkanı verilib.
Wiwibloggs yazır ki, “Rest of World vote” adlandırılan səsvermə nəticəsində Ermənistan təmsilçisi Brunettenin “Future Lover” mahnısı üçüncü yeri tutub.
Eyni səsvermə nəticəsində birinci yeri İsrail, ikinci yeri Finlandiya tutub.
Xatırladaq ki, mayın 13-də Böyük Britaniyanın Liverpul şəhərində “Eurovision 2023” mahnı müsabiqəsinin finalı baş tutub. Ermənistanın nümayəndəsi 14-cü yeri tutub.







