BaşlıcaSiyasət

AŞ sammitində Baş nazir:  “DQ və Laçın dəhlizinə beynəlxalq araşdırma heyəti göndərmək lazımdır”

Avropa Şurasının sammitində Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq araşdırma nümayəndə heyətinin göndərilməsinin vacibliyini vurğulayıb.

Jurnalistin Ermənistan hökumətinin yaydığı məlumatdan əldə etdiyi xəbərə görə, bu haqda  Paşinyan İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının 4-cü sammitində olan çıxışında qeyd edib.

“Biz öz nümunəmizlə müharibənin demokratiya üçün ən böyük təhlükə olduğunu gördük. Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, Ermənistanda demokratiyanın olmaması üçün bəhanə olub”.

Paşinyan xatırladıb ki, məxməri inqilab 2018-ci ildə Ermənistana böyük demokratik irəliləyiş gətirib. Lakin Azərbaycanın Dağlıq Qarabağa hücumu 2020-ci ilin sentyabrında başlayıb və Ermənistan müharibəyə cəlb olunub.

“Bu gün də çoxları düşünür ki, demokratiyanın şübhə ilə qəbul oluna biləcəyi regionda müharibənin səbəbi Ermənistanın demokratik istəkləridir…

Mən 9 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsini imzaladım və bu da dövlət  qurumlara hökumət və parlament  üzərinə hücum üçün səbəb oldu.Çünki,  hər halda azğın müharibə  eləcə də Ermənistanda hökuməti  dəyişmək niyyətini  güdürdü.

Amma biz ölkənin demokratiyasını qoruya bildik. Sonradan ictimai birliyi bərpa etmək üçün növbədənkənar seçkilər keçirmək qərarına gəldik.

Və mənim və həm də parlamentin istefasının qüvvəyə minməsindən iki gün sonra, 2021-ci ildə növbədənkənar seçkilərin keçirilməsi qərarına gəldik ki, ictimaiyyətin birgə olmasında əmin olaq.İki gün sonra növbədənkənar seçkilər keçirmək məqsədiylə  mənim və parlamentin istefası qüvvəyə mindi.

2021-ci il mayın 12-də Azərbaycan Ermənistan ərazisinə soxuldu. Biz o zaman demokratiyadan uzaqlaşsaydıq, dövlətimizi itirərdik, amma demokratik yolla getdik və beynəlxalq səviyyədə tanınan azad və demokratik seçkilər keçirdik və sülh gündəmi yaratdıq”- deyərək  Baş nazir qeyd edib.

O, bu sülh gündəminin də hücuma məruz qaldığını vurğulayıb. 2021-ci il noyabrında  və 2022-ci ilin sentyabrda Azərbaycan ER ərazisinə yenidən  hücum edərək zəbt etdi.

Baş nazir xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Makron və Avropa Şurasının sədri Mişelin dəstəyi ilə onlar Azərbaycan prezidenti ilə Ermənistan və Azərbaycan arasında əlaqələrin Alma-Ata Bəyannaməsi əsasında təşkili barədə razılığa gəliblər. 1991-ci ildə müvafiq olaraq Sovet Ermənistanı və Azərbaycanın Sovet İnzibati sərhədləri dövlət sərhədləri oldu.

“Üç gün əvvəl Avropa Şurası  rəhbərinin  vasitəçiliyi ilə biz bir addım irəli gedərək vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini, Azərbaycanın isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır.

Lakin Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağ erməniləri 5 aydır ki, mühasirədədir və humanitar böhran yaşanır.

Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq tədqiqat missiyasının göndərilməsi mütləqdir. Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün beynəlxalq himayə altında Bakı-Stepanakert danışıqlarının başlaması həyati əhəmiyyət kəsb edir.

Bu problemlərin həllinə dəstək verməklə, AS Cənubi Qafqazda demokratiya və sabitliyin bərqərar olmasına dəstək verəcək”- deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button