Başlıcaİctimaiyyət
Azərbaycanda kəndin yarısına quduzluq əleyhinə peyvənd vurulub

Azərbaycanın Şabran rayonunun Qorğan kəndində bir neçə nəfər quduzluq xəstəliyi şübhəsilə dövlət orqanlarının nəzarətinə götürülüb.
Dövlət orqanları tərəfindən kəndə baxış keçirilib.
25 gün öncə yırtıcı heyvanlar kənd sakinlərinin birinə məxsus təsərrüfatda qoyunlara hücum edib. Bundan sonra həmin kənd sakini yaralı qoyunları kəsib və ətini fermadakı itlərinə verib. Bir neçə gündən sonra qoyunların bir hissəsi xəstələnib. Həmin sakin onları kəsib və qohumlarını qonaq edib. Bundan sonra digər qoyunlar tələf olublar və qoyunların sahibi dövlət qurumlarına müraciət edib.
Tələf olmuş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.







