
ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Beynəlxalq Dini azadlıq komissiyasının (USCIRF) 2022-ci il Beynəlxalq Dini azadlıq hesabatını açıqlayıb.
Türkiyədə ölkədə hüquqların pozulmasının davam etdiyi, azlıqların ölkədə dini inanclarını ifadə etməsinə, din xadimləri yetişdirməsinə icazə verilmədiyi vurğulanıb.
Hökumətin qeyri-müsəlman dini azlıqların, xüsusiylə 1923-cü il Lozanna müqaviləsinin şərhi ilə tanınmayan və yalnız erməni opostol pravoslav xristianları, yəhudiləri və yunan pravoslav xristianlarının hüquqlarını məhdudlaşdırmağa davam edəcəyi bildirilir.
Hökumət ələvi İslamına müsəlman “məzhəbi” kimi yanaşmaqda davam edir, ələvi ibadətini dini deyil, mədəni olaraq təsnif edir və ələvilərin ibadət yerlərini tanımır.
Vandalizm halları barədə də bildirilir. Aprel ayında “Akos”un köşə yazarı İstanbuldakı Beaumont Mxitaryan erməni məktəbinin qapısına çəkilmiş svastikaya istinad edərək, tarix boyu Holokost və digər soyqırımlarla bağlı maarifləndirmə işinin yaxşılaşdırılmasının vacibliyini bildirmişdi.
Sosial şəbəkələrdə və mətbuatda antisemit ritorika və nifrət dolu çıxışlar davam etdi. Mətbuatda ibadət ocaqlarına və qəbiristanlıqlara qarşı vandalizm xəbərləri də dərc olunmaqdadır.
Mart ayında məhkəmə 2021-ci ildə İstanbulda Surb Tagavor (Müqəddəs Kral) Erməni Kilsəsinin qapılarında Xaçı zədələyərkən göründükdən sonra “dini dəyərləri təhqir etmək”də ittiham olunan üç nəfərə bəraət verdi.
Onu da əlavə edək ki, Azərbaycanla bağlı hesabatda ölkədə dini etiqad azadlığı şəraitində mənfi tendensiyalar da qeyd olunur.
Mətn factor.am-ə aiddir.







