İctimaiyyətİdman

Ermənistanın Futbol Federasiyası FIFA Forward Awards 2023 mükafatını qazandı

Ermənistanın Futbol Federasiyası Avropanın ən yaxşı kiçik meydança layihəsinə görə FIFA Forward Awards 2023 mükafatını qazandı. Bu barədə Ermənistanın Futbol Federasiyası məlumat yayıb.

FİFA Avropaya üzv assosiasiyalar üçün hazırlanmış FIFA Forward Awards-2023 xüsusi təşəbbüsünün nəticələrini yekunlaşdırıb.Təşəbbüsdə Almaniya, Fransa, Hollandiya, Belçika, o cümlədən regionumuzdan Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan federasiyaları da daxil olmaqla, son bir neçə ildə 21 assosiasiyanın həyata keçirdiyi infrastruktur layihələri təqdim edilib.

21 ölkənin proqramları arasında Ermənistan Futbol Federasiyasının proqramı ən yaxşısı kimi tanınıb.

“Son illərdə gördüyümüz işlərin FİFA tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün çox vacibdir. Onu da vurğulamaq istəyirəm ki, biz təkcə peşəkar deyil, həm də gənclər və kütləvi futbolun inkişafına dəstək verən infrastrukturlar yaradırıq”,- Ermənistanın Futbol Federasiyasının prezidenti Armen Melikbekyan bildirib.

Daha çox göstər
Back to top button