BaşlıcaSiyasət

Baş nazir:  “Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıyır və Azərbaycanın Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanımasını gözləyir”

Ermənistan Brüsseldə qeydə alınan razılaşmanı bir daha təsdiqləyir və müvafiq olaraq Azərbaycanın 86,6 min kvadrat kilometr ərazini tanıyır və Azərbaycanın  da  Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıdığını bir daha təsdiqləyəcəyini gözləyir.

Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab iclasında  qeyd edib..

“KP” fraksiyasından  olan Hripsime Qriqoryan Ermənistanın niyə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və konkret ərazi ölçülərini qeyd etməsini soruşdu.

“Yaxud niyə 86,6 min və 29,8 min, çünki oradan növbəti sual yaranır. Bizim tanıdığımız o ərazi bütövlüyü  hansıdır?

Azərbaycanın çox açıq bəyanatı var ki, Ermənistan onun ərazi bütövlüyünü tanımır, yəni Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi var. O deyir ki, əgər Ermənistan onun  ərazisini tanımırsa, deməli,özləri də  Ermənistanın 29 min 800 kvadrat kilometr olduğunu tanımır.

Və bu çıxış beynəlxalq ictimaiyyət qarşısında edilir.Və haçan ki, Azərbaycan ardıcıl şəkildə ER üzərinə  hücum edərkən  və əlbəttə ki, bizim beynəlxalq ictimaiyyətlə dialoqumuz olur, onlar da deyirlər ki, Ermənistan onların ərazi bütövlüyünü tanımır,  və hücuma məruz qaldıqlarını deyirlər.

 Tutaq ki, ER Azərbaycanın ərazi bütövlüyünü tanımır və Azərbaycan hücum edərsə, KTMT gəlib Ermənistanın  yanında olacaq. Bu hücumlar zamanı və ondan sonra KTMT deyib: “Mən gəlib sizinlə yan-yanaşı  olacağam, amma 30 nəfər çox güclü müşahidəçi göndərəcəyəm” – deyə Baş nazir qeyd edib.

Paşinyan qərarın verilməli olduğunu vurğulayıb. “Biz deyə bilərik ki, Azərbaycanın 86,6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə Azərbaycanın 86,6 min kvadrat kilometr yox, 45,7 min kvadrat  kilometrdir.

Deyəcəklər ki, Ermənistan 29,8 min kvadrat kilometr deyil, 8700 kvadrat kilometrdir. Bəli, bu tribunadan  mən  Brüsseldə  təstiq olunan  şərtləşməni təstiq edir və deyirəm  ER  Azərbaycanın  86,6 min kvadratkilometrini tanıyır və  Azərbaycan da  Ermənistanın  29,8 kvkm ərazisini tanıyır”- deyərək Baş nazir qeyd edib.

O, əlavə edib ki,  kimlər ki,Azərbaycanın 86,6 min kvadratkilometr yox, X rəqəmi olduğunu deyirlər, eyni zamanda  onlar ER 29,8 min kvadrat kilometr yox, X rəqəmi olduğunu deyirlər.

Daha çox göstər
Back to top button