BaşlıcaSiyasət

Paşinyan  Əliyevə: “Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır, başqa heç kimin yox”

Noyabrın 9-da üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır, orada başqa heç kim nəzarət etməməlidir.

Aldığımız məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Aİİ Ali Şurasının geniş tərkibli  iclası ərzində  deyib.

Azərbaycan prezidenti Əliyev Ermənistanın Baş nazirinin Laçın dəhlizinin qanunsuz blokadası ilə bağlı çıxışına toxunaraq, Azərbaycanın heç bir dəhlizin qarşısını  bağlamadığını iddia edib. Əliyevin sözlərinə görə, ora açıqdır.

“Ermənistan və Azərbaycan sərhədində bildiyimiz kimi bütün beynəlxalq normalara cavab verən nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu sərhəd-keçid məntəqəsi Rusiyanın sülhməramlı qüvvələrinin 20 m məsafə uzaqlıqda yerləşir” – deyə Əliyev bildirib.

O, Dağlıq Qarabağ ermənilərinin bu keçid məntəqəsindən sülh yolu ilə Ermənistana doğru irəlilədiyini iddia edib.

“Zəngəzur dəhlizi” ifadəsi ilə bağlı İ.Əliyev bildirib ki, bu ifadəni Azərbaycan başlayıb, qanuni və düzgün gördüklərini təşəbbüs etmək onların hüququdur. Əliyevin sözlərinə görə, Rusiya Federasiyası və digər ölkələr də bunu dəstəkləyir.

Baş nazir Nikol Paşinyan da cavab verib. “Rusiyanın dediyiniz proqramı dəstəklədiyini bilmək çox maraqlıdır. Mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya regionumuzda bütün nəqliyyat və iqtisadi yolların açılmasının tərəfdarıdır”.

Daha sonra Baş nazir Əliyevin “Laçın yolu” ifadəsinə düzəliş edib və xatırladıb ki, üçtərəfli bəyanata görə, Laçın yolu yoxdur, eyni izahata əsasən, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi var.

“O dəhlizdə heç kimin heç bir nəzarəti olmamalıdır. Orada baş verənlər birbaşa üçlü bəyannamənin bir başa  pozulmasıdır. Siz dediniz ki, dəhliz açıqdır, biz bunu görmürük, belə düşünmürük.

Ona görə də beynəlxalq bir nümayəndə heyəti Dağlıq Qarabağda, həm Laçın dəhlizində, eləcə də Dağlıq Qarabağda humanitar vəziyyətə  qiymətləndirmə aparsın”- deyərək Paşinyan  qeyd edib ki, dekabrdan təəssüflər olsun ki, DQ-da böhrandır.Laçın dəhlizinin  bağlanması səbəbindən  mühüm olan  xidmətlər  həyata keçirilmir.

 Baş nazir  əlavə etdi ki, RF  Prezidenti Vladimir Putin  bu haqda çox yaxşı bilir.Ona görə ki, bu haqda  bir dəfə deyil ki, danışılıb.

Daha çox göstər
Back to top button