BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının katibi ATƏT-in Minsk qrupunun amerikalı həmsədrini qəbul edib

Mayın 26-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qafqaz danışıqları üzrə baş məsləhətçi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.

Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin delimtasiyası və sərhəd təhlükəsizliyi, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri müzakirə ediblər.

Təhlükəsizlik Şurasının katibi Lui Bonoya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı erməni tərəfinin mövqelərini təqdim edib.

Tərəflər həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button