BaşlıcaSiyasət

Türkiyə müxalifəti etiraz aksiyası keçirib: “Əliyev azərbaycanlı deputatları Erdoğana səs toplamaq üçün göndərib”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən prezident seçkiləri prosesinə müdaxilə etməkdə davam edir.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusən də ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının üzvü, Ankaradan olan millət vəkili Yıldırım Kaya azərbaycanlı deputatların İğdıra getdiyini və vətəndaşlardan hazırkı prezident Tayyib Erdoğan üçün keçiriləcək seçkilərin ikinci turunda səs vermələrini xahiş etdiyini bildirib.

“Prezident seçkilərinin ikinci turu üçün Ağrıdan İğdıra getdim. İğdırlı vətəndaşlarımızdan öyrəndim ki, Azərbaycandan və Naxicevandan bəzi millət vəkilləri İğdıra gəlib seçkilərə müdaxilə edərək Rəcəb Tayyib Erdoğana səs veriblər.

Türkiyənin daxili işlərinə qarışmaq qardaşlığımıza yaraşmaz – deyə Kaya bildirib. O, ilk turda Erdoğanın az səs topladığı İzmirdə, İstanbulda səs toplamaq istədiklərini qeyd edib.

“Azərbaycandakı qardaşlarımız da öz siyasətçilərinin qayğısına qalsınlar, Türkiyənin daxili işlərinə qarışmasınlar. 2018-ci ildə Hollandiyada, Almaniyada seçkilərdə xaosa səbəb oldun, Erdoğan, niyə bura Naxicevandan, Azərbaycandan deputatlar gətirib sənə səsxahiş edirsən?

Onu da əlavə edirik ki, Türkiyədə seçki kampaniyası başlayandan Azərbaycanın bütün dövlət təbliğatı, eləcə də Türkiyədə fəaliyyət göstərən Bakıdan maliyyələşən KİV-lər Rəcəb Tayyib Erdoğanın kampaniyasına dəstək verməklə məşğuldur.

 Bu kampaniyaya aprelin 29-da Ankaraya səfər edən və seçkilərdə Erdoğanı dəstəklədiyini bəyan edən Azərbaycan prezidenti İlham Əliyev də şəxsən qoşulub. Nəticədə Türkiyə cəmiyyətində rəsmi Bakının Türkiyənin daxili işlərinə qarışması ilə bağlı narazılıq artmaqdadır.

Xatırladaq ki, mətn faktor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button