BaşlıcaSiyasət

Əliyevin açıqlamaları Brüssel razılaşmalarından imtinamı deməkdir? Paşinyan məsələyə aydınlıq gətirilməsini tələb edir

ER Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin ötən gün verdiyi bir sıra bəyanatları anlaşılmaz hesab edir. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası yalnız Azərbaycanın şərtləri ilə aparılmalıdır.

Bu baxımdan Paşinyan Azərbaycan prezidentinin bəyanatlarının Brüssel razılaşmalarından imtina demək olub-olmadığını aydınlaşdırmağa ehtiyac görür.

“Əliyevin açıqlamaları Brüssel razılaşmalarından imtinamı deməkdir?”,- deyə Paşinyan məsələyə aydınlıq gətirilməsini tələb edib.

Ermənistanın Baş naziri xatırladıb ki, Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünü və 86 min 600 kvadrat kilometr ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaq barədə razılığa gəliblər.

“Azərbaycan prezidentinin verdiyi bir sıra bəyanatları başa düşmək olmaz. Düşünürəm ki, burada həm Azərbaycan, həm də beynəlxalq tərəfdaşlar heç olmasa aydınlaşdırmalıdırlar ki, bu, Brüsseldə əldə olunmuş razılaşmalardan imtina deməkdirmi? Bu sualın cavabını həqiqətən tərəfdaşlarımızdan almalıyıq”.

Daha çox göstər
Back to top button