BaşlıcaSiyasət

İK: “İlkin məlumatlara görə, düşmənin silahlı dəstəsi ER sərhədini keçərək hərbçiləri qaçırıb”

İlkin məlumatlara görə, düşmənin silahlı dəstəsi ER sərhəddini keçərək hərbçiləri qaçırıb. Bu barədə ER İstintaq Komitəsinin (İK) dünən 2 erməni hərbçisinin hadisəsiylə bağlı yaydığı məlumatda deyilir.

“Mayın 26-da saat 18:30 radələrində  Ermənistan Müdafiə nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri Harutyun Yuriki Hovagimyan və Karen Aşoti Ğazaryan həmin hərbi hissənin Cənub-Şərq istiqamətində yerləşən döyüş mövqelərindən birinə ərzaq daşıyıblar.

 ER -nın Cənub-Şərq istiqamətində “Kamaz 43114” markalı avtomaşından istifadə edərək geri qayıdarkən onlarla əlaqə kəsilib.

Aparılmış axtarışlar nəticəsində həmin avtomobil döyüş mövqeyinə gedən yolda, ərazidə aşkar edilib.

ER Silahlı qüvvələrinin mövqelərinin arxasında mühərriki işlək vəziyyətdə avtomobildən 1 ədəd AK-74 avtomat tüfəngi aşkar edilsə də, adı çəkilən iki hərbçi tapılmayıb.

İlkin məlumatlara görə, düşmənin silahlı dəstəsi ER sərhəddini keçərək hərbçiləri qaçırıb.

ER İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin Doqquzuncu Qarnizon İstintaq İdarəsində ER dövlət sərhədini qanunsuz keçmə, hərbi qulluqçuları oğurlama, onların iradəsi əleyhinə başqa yerə köçürmə və ya iradəsinə məhəl qoymadan cinayət əməllərinin əlamətlərini ehtiva edən məlumatların olduğunu nəzərə alaraq, ER CM-nin 191-ci maddəsinin 469-cu maddəsinin 2-ci hissəsinin 1, 5, 6, 9-cu bəndləri və 469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə cinayət işi başlanıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sərhədi qanunsuz keçməsi və hərbçilərin oğurlanması hallarının tam aydınlaşdırılması məqsədilə zəruri genişmiqyaslı əməliyyat-sübutetmə tədbirləri həyata keçirilir”.

Bundan əvvəl xəbər vermişdik ki, mayın 26-da saat 19:00-dan etibarən ER döyüş mövqelərini ərzaqla təmin edən Silahlı Qüvvələrin 2 hərbçisi ilə əlaqə kəsilib. Mövqelərarası yolda ER Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun idarə etdiyi, döyüş məntəqələri üçün nəzərdə tutulmuş ərzaq və su ilə doldurulmuş arxa təchizat maşını aşkar edilib.

Daha çox göstər
Back to top button