BaşlıcaSiyasət

Marukyan:  “Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbi əsirlərin sayı hamısını azad etmək əvəzinə, durmadan artır”

Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan qeyd edir ki, Azərbaycan həbsxanalarında erməni hərbi əsirlərin sayı onların hamısını azad etmək əvəzinə, durmadan artır.

Bu haqda Marukyan özünün “Twitter” mikrobloqunda Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisindən 2 erməni hərbçinin oğurlanmasına toxunmaqla yazıb.

İki erməni hərbçi Ermənistanın suveren ərazisindən qanunsuz olaraq oğurlanıb. Beləliklə, Azərbaycan həbsxanalarında erməni hərbi əsirlərinin sayı onların hamısını azad etmək əvəzinə, durmadan artmaqdadır.

“Azərbaycan bütün erməni hərbi əsirləri və mülki şəxsləri azad etməlidir. Onların hamısı qanunsuz olaraq Azərbaycan həbsxanalarında saxlanılır”- deyərək  Marukyan yazıb.

Ermənistanın xüsusi təyinatlı səfiri öz notasında ABŞ dövlət katibi Entoni Blinkenin, Avropa Şurasının rəhbəri Çarlz Mişelin, Avropa Birliyinin Xarici işlər üzrə Ali komissarı Cozef Borrelin adını çəkib.

Daha çox göstər
Back to top button