BaşlıcaSiyasət

Armen Qriqoryan Bratislavada Azərbaycan prezidentinin köməkçisi ilə panel müzakirəsində iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işgüzar görüşlər keçirmək üçün Slovakiyaya, oradan da Moldovaya gedəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibinin idarəsi məlumalandırıb.

Armen Qriqoryan mayın 31-dən iyunun 1-dək Slovakiyanın paytaxtı Bratislavada, iyunun 1-dən 2-dək isə Moldovanın paytaxtı Kişinyovda işgüzar görüşlər keçirəcək.

Qriqoryan Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.

GLOBSEC 2023 Bratislava Forumu mayın 30-da keçiriləcək.

Daha çox göstər
Back to top button