BaşlıcaSiyasət

Bütün məsələlər yalnız sülh yolu ilə həll edilməlidir: Aİ Ermənistan və Azərbaycanı dəstəkləməyə hazırdır

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi son bir ayda intensivləşib və Avropa İttifaqı bunu alqışlayır və eyni zamanda, sülh prosesinə xələl gətirə biləcək addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinməyi vacib hesab edir. Bu barədə Avropa İttifaqı Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun Kişinyov görüşü öncəsi verdiyi bəyanatında bildirilir.

“Mayın 14-də Brüsseldəki görüş zamanı Ermənistan və Azərbaycan liderləri sərhəd məsələləri, əlaqələnmə, humanitar məsələlər və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi bir neçə əsas mövzuya diqqət yetiriblər.

Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğunu alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatını da alqışlayırıq. Bu həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün inam yaratmaq, yaxşı niyyətlə işləmək və hazır olduğunu nümayiş etdirmək üçün addımlar atmaq vacibdir.

Çətin münaqişə tarixinə və keçmişə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir. Aİ bu məsələdə tərəfləri dəstəkləməyə sadiqdir”,- deyə bəyanatda qeyd edilir.

Daha çox göstər
Back to top button