ArtsaxBaşlıcaSiyasət

Sözdən əmələ keçmək zamanıdır: Artsax XİN

2023-cü ildə Mayın 28-də Azərbaycan prezidenti beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də 2020-ci il noyabr tarixli Üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq və eyni zamanda Rusiya sülhməramlı qoşunlarının mövcudluğuna məhəl qoymayaraq, Artsax Respublikasına və onun demokratik təsisatlarına qarşı, eləcə də Azərbaycan tərəfindən hərbi əməliyyatların bərpa etməsinin mümkünlüyü ilə bağlı döyüşkən və təxribat xarakterli bəyanatlar səsləndirilib.

Arstax Respublikasının Xarici İşlər Naizrliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Azərbaycanın təhdidləri və açıq şantajı heç bir şübhə yeri qoymur ki, Azərbaycan hakimiyyəti Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkünlüyünü rədd edir.

“Uzunmüddətli blokada, dözülməz həyat şəraitinin yaradılması, yaşamaq və təhlükəsizlik hüququnun inkar edilməsi, digər fundamental hüquq və azadlıqların müntəzəm və kütləvi şəkildə pozulması, repressiya və təqiblər Azərbaycanın bundan sonra da Artsax xalqına qarşı istifadə etmək niyyətində olduğu alətlərdir. .

5 aydan çox davam edən blokada, davam edən silahlı hücumlar və döyüşkən bəyanatlar onu göstərir ki, Azərbaycan nəinki təhdid və zorakılıq siyasətindən əl çəkmək istəmir, həm də beynəlxalq ictimaiyyət, o cümlədən nizamlanma prosesində iştirak edən beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi şəraitində onu daha da gücləndirir.

Artsax ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazır olması barədə Azərbaycanın bəyanatları sadəcə yalan söhbədir, bunun arxasında Bakının Artsaxı etnik təmizləməyə məruz qoymaq real niyyəti gizlənir.

Cəlb olunmuş beynəlxalq aktorlar Azərbaycanın Artsaxa münasibətdə real motivləri və məqsədlərini görməlidirlər.

Həmin gündəliyin diplomatik və xarici siyasi komponentləri Azərbaycanın BMT Nizamnaməsini, ATƏT-in və Avropa Şurasının fundamental sənədlərini kobud şəkildə pozmaqla həyata keçirdiyi şantaj, zorakılıq və güc tətbiq etməklə hədələmə siyasətinin davam etdirilməsidir.

Beynəlxalq ictimaiyyət və ilk növbədə Rusiya Federasiyasının Azərbaycanın Artsaxa qarşı hərbi əməliyyatları bərpa etmək təhdidlərini lazımi və sərt verməməsi tamamilə qəbuledilməz hesab edirik”,- bvəyanatda qeyd olunub.

XİN bəyanatında qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı tərəfindən təmsil olunan beynəlxalq vasitəçilər Azərbaycanın döyüşkən ritorikasına, qanunsuz hərəkətlərinə daha çox diqqət yetirməlidir. Sözdən əmələ keçmək zamanıdır.

Daha çox göstər
Back to top button