BaşlıcaSiyasət

Bakının yeni oyun kartı: azərbaycanlı cinayətkarların müqabilində erməni hərbiçilərinin oğurlanması

“Saxlanılanların yaxın həftələrdə azad ediləcəyi ilə bağlı bir anlayış var. Mən həmçinin, sadəcə olaraq azmış və yolu keçən hərbiçilərin sürətləndirilmiş prosedurla azadlığa davam edəcəyi anlayışının qorunmasının vacibliyini vurğuladım”.

 Avropa Şurasının sədri Çarlz Mişelin bu bəyanatından iki həftədən çox vaxt keçsə də, əsirlər geri qaytarılmayıb.

Üstəlik, bundan sonra mayın 26-da Azərbaycan silahlı dəstəsi Ermənistan sərhədini keçərək döyüş bazalarını ərzaqla təmin edən hərbçilər Harutyun Hovaqimyan və Karen Ğazaryanı qaçırıblar.

Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının mayın 30-da keçirilən iclasında iştirak edən Suren Papikyan bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

“Bu, rəsmi mesajda tam şəkildə təqdim olunub” – deyərək Papikyan bildirib. İstintaq Komitəsinin məlumatına görə, bazalara ərzaq daşıyan avtomobil döyüş mövqeyinə gedən yolda, ER Müdafiə qüvvələrinin mövqelərinin arxasındakı ərazidə, mühərriki işlək vəziyyətdə və 1 ədəd AK-74 növlü silah aşkar edilib.

Azərbaycan tərəfi təxribatçı infiltrasiya cəhdinin həyata keçirildiyini iddia edir.Ermənistan hərbi idarəsi isə iki hərbçinin təxribat məqsədi daşıya bilməyəcəyini bildirir.

Halbuki, onlardan birinə aid olan silah avtomobildə olub.

 Erməni hərbi əsirlərinin hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Siranuş Sahakyan “Ermənistanın mülki əhalisini və hərbi qulluqçularını oğurlamaq, öz cəmiyyətlərinə və beynəlxalq ictimaiyyətə təxribatçı və ya terrorçu kimi təqdim etmək Azərbaycan praktikasına xasdır” –deyə AİHM-də erməni hərbi əsirlərin hüquqlarını qorumaqla məşğul olan Siranuş Sahakyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan  bununla  bir ay əvvəl ER sərhədini keçən öz təxribatçılarını geri qaytarmaq istəyir. Bakı əsgərlərin pis hava şəraiti səbəbindən itmədiyini, əksinə erməni tərəfinin onları əsir götürdüyünü iddia edir.

Halbuki, Azərbaycan əskərlərindən biri Zəngəzur mis-molibden kombinatının mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilir, digəri isə sərhədi qanunsuz keçmək və döyüş sursatı daşımaq ittihamı ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

 “Belə olan halda Azərbaycanın da əlavə motivi var, yəni qaçırılan erməni hərbçilərin müqabilində öz diversantlarını əldə etmək və erməni əsirlərin vətənə qayıdışını müvəqqəti dayandırmaqdır.

ER hakimiyyətləri üzərinə  siyasi gündəmdə  tədbiq olunan problemləri Azərbaycanın xeyrinə həll etmək niyyətiylə və təbii ki, başqa alətlər və törəmə alət kimi, təzyiq üsullarından istifadə edilir” – deyə Siranuş Sahakyanqeyd edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıda saxlanılan erməni hərbi əsirlərin qaytarılması belə olmayacaq. Sahakyanın sözlərinə görə, bu, Azərbaycanın siyasi hakimiyyətinin tələblərinin, məsələn, mina xəritələrinin verilməsi, erməni yaşayış məntəqələrinin əhalisinin azaldılması və köçürülməsi, ərazi güzəştləri və rəsmi Bakının önəmliyi kimi danışdığı digər tələblərin təmin edilməsi ilə bağlıdır.

Sahakyan istisna etmir ki, avropalı tərəfdaşlarla münasibətləri yaxşılaşdırmaq üçün Azərbaycan əsirləri vətənə dönüşünü  həyata keçirə bilər, amma hamısını yox.

 Erməni hərbiçilərinin  oğurlanması hadisəsindən öncə Nikol Paşinyan azərbaycanlı diversantlar məsələsinə toxunub, onların əsirlərlə dəyişdirilməsi variantını istisna etməyib.

 Eyni zamanda, Paşinyan Azərbaycan əsgərlərinin azmadığını , şüurlu şəkildə Ermənistan sərhəddini keçdiyini təsdiqləyib.

Döyüş bazalarını ərzaqla təmin edən iki erməni hərbçinin oğurlanması faktı ilə bağlı Ermənistan dünən müvəqqəti tədbir tələbi ilə Strasburq məhkəməsinə müraciət edib.

Beynəlxalq Hüquq Məsələləri üzrə nümayəndəlik İdarəsinin mətbuat katibi Hasmik Samvelyan hələlik məhkəmədən cavab almadıqlarını bildirib.

Onun sözlərinə görə, hərbçilərin həyat hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button