BaşlıcaSiyasət

“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”: Armen Qriqoryan

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bratislava şəhərində keçirilən GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində təşkil olunan müzakirələr zamanı bildirib.

“Aydındır ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Məsələn, Aİ Şurasının sədri Mişel mayın 14-də verdiyi bəyanatda Ermənistanın 29 min 800 kvadrat kilometr, Azərbaycanın isə 86 min 800 kvadrat kilometr ərazisini qeyd edib. Bir bir yerdən belə bəyanatlar eşidirik, digər tərəfdən isə Azərbaycan, prezident Əliyev özü heç vaxt demir ki, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanıyır.

Üstəlik, Azərbaycan lideri bazar günü elan etdi ki, “sərhədi özümüz çəkə bilərik”. Müəyyən mənada bu, Ermənistana bir tədiddir ki, Azərbaycanın təqdim etdiyi bütün tələbləri qəbul edin, yoxsa sərhədi istədikləri kimi çəkəcəklər”, – deyən Qriqoryan müzakirə iştirakçılarına müraciət edərək bildirib ki, Bakıdan gələn bu cür bəyanatlar erməni tərəfini narahat edir.

Azərbaycan Respublikası prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, İlham Əliyevin bəyanatları Yerevanda təhrif olunur:

“Ermənistan nümayəndə heyətinin və Ermənistanın “ərazi bütövlüyü” ifadəsini və onun mahiyyətini daha yaxşı anlamağa başladığını eşitdiyimə görə çox şadam”, – Hacıyev əlavə edib. Hikmət Hacıyev bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Qarabağa silah göndərir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bir daha təkrar edib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağda olması ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Dağlıq Qarabağda erməni qoşunları yoxdur. Yalnız Dağlıq Qarabağın Müdafiə Ordusu var, ona görə lazımdır ki, orada yaşayan insanlar təhlükəsizlik problemləri ilə üzləşirlər. Azərbaycan bu vəziyyətin dəyişməsini istəyirsə, elə şərait yaratsın, elə ab-hava yaratsın ki, insanlar o Müdafiə Ordusuna ehtiyac duymasınlar”, – deyə Armen Qriqoryan bəyan edib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, rəsmi Yerevanın əsas məqsədi regionda davamlı sülhə nail olmaqdır. – “Nikol Paşinyanın komandası 2021-ci il seçkiləri zamanı sülhün bərqərar olması mandatı alıb və erməni icması sülhün bərqərar olmasını dəstəkləyir”.

Bugünkü müzakirə zamanı Azərbaycan prezidentinin köməkçisi bir daha bəyan edib ki, Bakı Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağda yaşayan ermənilərin hüquqlarını təmin etməyə hazırdır. Armen Qriqoryanın fikrincə, bu məsələ ayrıca, birbaşa danışıqlar zamanı və beynəlxalq ictimaiyyətin iştirakı ilə müzakirə edilməlidir.

“Biz deyirik ki, təhlükəsizlik və hüquqları müzakirə edək. Bu danışıqların nəticəsini deyil, prosesi əvvəlcədən müəyyənləşdirin. Bizim istəyimiz beynəlxalq mexanizm çərçivəsində Stepanakert və Bakı arasında Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarının müzakirəsidir”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Daha çox göstər
Back to top button