BaşlıcaEkonomika

Ermənistanın ÜDM-nın 12,6 faiz artması dünyada 4-cü göstəricidir: Nazir

Ermənistanın ümumi daxili məhsulunun 12,6 faiz artması dünyada 4-cü göstəricidir. Bu barədə İqtisadiyyat naziri Vahan Kerobyan mayın 30-da parlamentin komitələrinin birgə iclasında 2022-ci il büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı bildirib.

“Ötən il Ermənistanda ümumi daxili məhsulun real artımı 12,6 faiz təşkil edib ki, bu da Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə dünyada 4-cü göstəricidir və bu ilin birinci rübündə artım tempi qorunub saxlanılır”, – Kerobyan bildirib.

Nazir dünyada iqtisadi artımı olan ölkələrin adlarını da açıqlayıb, onlar iqtisadi artımı neft ixracı hesabına olan Qayana, daha sonra artımın turizmin bərpası və inkişafı ilə bağlı olduğu Fici və Sent-Lüsiyadır. Ermənistan 4-cü yerdə, İrlandiya 5-ci yerdədir.

Daha çox göstər
Back to top button