BaşlıcaSiyasət

Kerobyan: “İlk dəfə olaraq yadelli investisiyaların həcmi 1 milyard dollara yaxın olub”

Ermənistan tarixində ilk dəfə olaraq birbaşa yadelli investisiyaların həcmi 1 milyard dollara yaxın olub.

 Bu haqda ER İqtisadiyyat naziri Vahan Kerobyan 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı bildirib.

Nazirin sözlərinə görə, bu, Ermənistanın ümumi daxili məhsulunun 5,13 faizini təşkil edir.

“Əvvəllər planlaşdırılan 42 milyard əvəzinə 53 milyard 116 milyon dram performans göstərdik” – deyə Kerobyan izah edib.

Turizmə toxunan nazir qeyd edib ki, ötən il Ermənistana 1 milyon 660 min turist gəlib. “İnfrastruktura  hiss olunacaq investisiyalar qoyulub. 20-yə yaxın turizm klasterinin inkişafı layihəsi davam etməkdədir.

Daha çox göstər
Back to top button