BaşlıcaSiyasət

Bakı ilə Yerevan arasında sülh danışıqları regionun maraqlarından irəli gəlir: Gürcüstanın baş naziri

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir. Onlar bütün Zaqafqaziyanın maraqlarından irəli gəlir. “Armenpress”in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə bildirib.

“Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycan, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynadı. Əslində, biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarından irəli gəlir”, – deyə Qaribaşvili qeyd edib.

Daha çox göstər
Back to top button