BaşlıcaSiyasət

ER XİN: “Ermənistanın gündəmində İttifaq dövlətinə qoşulmaqdan söhbət gedə bilməz”

ER XİN-in mətbuat katibi Ani Badalyan “Xəbərlər”ə Belarus prezidenti Aleksandr Lukaşenkonun Qazaxıstan və digər postsovet respublikalarının istəsələr, İttifaq dövlətinə qoşula biləcəkləri barədə bəyanatını şərh edib.

“Bu məsələyə ER Baş naziri 2023-cü ilin yanvarın 10-da dəvət olunmuş  mətbuat icmaı  zamanı   toxunaraq qeyd edib ki, Ermənistanın gündəliyində belə bir məsələ yoxdur”- deyərək Badalyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ildə yanvarın 10-da keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Ermənistan Rusiyadan İttifaq dövlətinə qoşulmaq üçün heç bir rəsmi təklif almayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə gün əvvəl deyib ki, “kimsə nüvə silahından narahatdırsa” Rusiya-Belarus alyansına qoşulmalıdırlar və “hamının da  nüvə silahı olacaqdır”.

Daha çox göstər
Back to top button